Şəkidə “Heydər Əliyev İli” çərçivəsində voleybol yarışı təşkil olunub

Şəkidə “Heydər Əliyev İli” çərçivəsində voleybol yarışı təşkil olunub

ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birgə Şəki şəhər 5 №-li tam orta məktəbinin idman zalında təhsil işçiləri arasında voleybol yarışı keçirib.“Heydər Əliyev İli” çərçivəsində baş tutan yarışda 14 təhsil müəssisəsinin kişilərdən ibarət komandası iştirak edib.Tədbir Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva giriş sözü ilə çıxış edərək Azərbaycan xalqının çətin vəziyyətində xilaskarlıq missiyasını üzərinə götürmüş Ümummilli Lideri Heydər Əliyevin atdığı addımlardan, dövlət quruculuğu siyasətindən, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafı naminə gördüyü işlərdən danışıb.Voleybol yarışı gərgin rəqabət mühütündə keçib və tamaşaçılar tərəfindən maraqla izlənilib. Nəticələrə əsasən, I yeri Şəki Dövlət Regional Kolecin, II yeri Şəki şəhər 20 №-li tam orta məktəbin, III yeri Qaratorpaq kənd tam orta məktəbin,  IV yeri isə Şəki Kimya-biologiya təmayüllü liseyin komandası qazanıb. Qaliblərə ATİAHİ Şəki rayon komitəsi tərəfindən kubok, fəxri fərman, medal və hədiyyələr verilib. 20230607_162128.jpg 2.08 MB20230607_160629.jpg 1.38 MB20230607_160608.jpg 1.37 MB

21.06.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Şəkidə şagirdlər arasında voleybol yarışı keçirilib

Şəkidə şagirdlər arasında voleybol yarışı keçirilib

ATİAHİ Şəki rayon komitəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş 2005-2008-ci il təvəllüdlü idmançılar arasında voleybol üzrə açıq birincilik yarışı keçirilib. Yarışda 14 təhsil müəsisəsinin şagirdlərdən ibarət  komandası iştirak edib.Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva giriş sözü ilə çıxış edərək milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, həyata keçirdiyi islahatlardan, insan hüquqları sahəsində atılan addımlardan danışıb.Sonra yarışa start verilib.İki gün davam edən yarışlarda I, II, III və IV yeri qazanan komandalara kubok, medal, fəxri fərman və hədiyyələr verilib. 

05.06.2023

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.  Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB

20.05.2023

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. IMG_9989.JPG 1.23 MBIMG_9983.JPG 1.31 MBIMG_0003.JPG 1.3 MBIMG_0004.JPG 1.24 MBIMG_0007.JPG 1.35 MBIMG_0010.JPG 1.2 MBIMG_9978.JPG 1.4 MB

12.05.2023

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB

10.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB

07.05.2023

Şəkidə respublika fənn olimpiadasının finalçıları ilə görüş olub

Şəkidə respublika fənn olimpiadasının finalçıları ilə görüş olub

 Şəki–Zaqatala Regional Təhsil İdarəsinin  təşkilatçılığı və  ATİAHİ Şəki rayon komitəsi  ilə birgə  ümumtəhsil məktəblərinin şagirdlərinin Respublika Fənn olimpiadasının Final mərhələsinə vəsiqə qazanması münasibəti ilə tədbir keçirmişdir.Tədbiri girş sözü ilə açan ATİAHİ  Şəki rayon  komitəsinin sədri  Ziyafət Xasiyeva   tədbiri iştirakçılarını salamladı.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış  edən Şəki Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Respublika Fənn olimpiadasının Final mərhələsinə vəsiqə qazanmış şagirdləri və həmin fənlər üzrə şagirdləri  yetişdirən müəllimləri təbrik etdi və onlara  uğurlar arzuladı.Tədbirdə iştirak edən  müəllimlərdəm Oğuz rayon 3 №-li məktəb-liseyin tarix müəllimi Kərimova Mətanət, Şəki Kimya-biologiya təmayüllü liseyin direktoru Məmmədəliyev Elmir, şagirdlərdən-Qəbələ rayon Nohurqışlaq kənd tam orta məktəbin 10-cu sinif  şagirdi Allahverdiyev İlyaz Çərkəz oğlu, Balakən rayonu Humanitar və Texniki Təmayüllü  liseyin 9-cu sinif şagirdi Dibirova Lamiyə Çingiz qızı, Şəki Kimya-Biologiya Təmayüllü Liseyin 9-cu sinif şagirdi Abbaszadə Rasim Yusif oğlu, valideynlərdən-Yaşarlı Dərya Hacıbala  oğlu çıxış   çıxış edərək tədbiri təşkil edənlərə, göstərilən, diqqət, qayağıya görə  öz təşəkkürlərini və gələcəkdə daha böyük uğurlara imza atmaları üçün əzmlə çalışacaqlarını bildirdilər.Sonda tədbirdə  Respublika Fənn olimpiadasının Final mərhələsinə vəsiqə qazanmış şagirdlərə, onları  yetişdirən fənn müəllimlərinə Fəxri Fərman, hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.             20230427_153831.jpg 1.91 MBIMG-20230428-WA0035.jpg 79.68 KB20230427_163104.jpg 1.32 MB20230427_165317.jpg 1.4 MB

01.05.2023

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.   Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib.  IMG_9900.JPG 1.67 MBIMG_9943.JPG 1.59 MB

01.05.2023

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

29.04.2023

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə müəllimlər arasında şahmat yarışı keçirilib

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə müəllimlər arasında şahmat yarışı keçirilib

ATİAHİ Şəki rayon komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual oyun - şahmat yarışı təşkil edib. Yarışın yüksək səviyyədə keçirilməsi məqsədilə Təşkilat komitəsi, Hakimlər kollegiyasının tərkibi və yarışın “Əsasnamə”si təsdiq edilib, rəsmi məktubla birlikdə təhsil müəssisələrinin rəhbərlərinə təqdim edilib.Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək Ulu Öndərin xilaskarlıq missiyasından danışıb: “Vətəninə, millətinə, dövlətinə ən ali hisslərlə bağlı olan, ömrünü bu xalqın, ölkənin inkişafı, rifahı, tərəqqisi yolunda şam kimi əridən Heydər Əliyev bütün azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideri sayılır. Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər çox qısa zaman ərzində ölkəni hərtərəfli inkişaf məkanına çevirdi. İlk növbədə ölkədə vətəndaş müharibəsinin qarşısını alaraq, faktiki olaraq respublikanı parçalanma təhlükəsindən xilas etdi. Mükəmməl idarəçilik qabiliyyəti sayəsində ictimai-siyasi sabitliyi bərpa edən Ulu Öndər əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu”.Şəki - Zaqatala Regiona Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki şəhər Təhsil sektorunun metodisti Abdurahman Məmmədov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Xalidə Əliyeva, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Saniyə Babayeva çıxışlar edərək iştirakçılara uğurlar arzulayıblar.Ardınca yarışa start verilib və 51 nəfərdən ibarət şəhər və kənd məktəblərinin kişi və qadın müəllimləri mübarizəyə qatılıblar.Yarışın nəticələrinə görə, 1-ci yeri kişilər arasında Kiş kənd 2 №-li tam orta məktəbin müəllimi Polad Eyvazov, 2-ci yeri Aşağı Şabalıd kənd ümumi orta məktəbin müəllimi Vaqif Nağıyev, 3-cü yeri isə şəhər 7 №-li tam orta məktəbin müəllimi Asif Nağıyev qazanıb. Qadınlar arasında isə I yeri şəhər 10 №-li tam orta məktəbin müəllimi Türkan Mehdiyeva, II yeri şəhər 17 №-li tam orta məktəbin müəllimi Mehriban Mustafayeva, III yeri şəhər 10 №-li tam orta məktəbin müəllimi Nərminə Hümmətova tutub. Qaliblərə və fərqlənən iştirakçılara ATİAHİ Şəki rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.20230417_161320.jpg 1.25 MB20230417_161208.jpg 1.28 MB20230417_160939.jpg 1.74 MB20230417_160738.jpg 1.68 MB20230417_160736.jpg 2.06 MB20230417_114717.jpg 1.96 MB20230417_114541.jpg 1.56 MB20230417_114145.jpg 1.19 MB

19.04.2023

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı, Masallı, Salyan, Hacıqabul, Şirvan, Sabirabad, İmişli rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Konfransda çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra Ümummilli lider Heydər Əliyevlə bağlı video çarx nümayiş etdirilib, “”Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, Astara şəhər 1 saylı tam orta məktəbin 10a sinif şagirdi Həsənli Leylanın təqdimatı dinlənilib. Daha sonra ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülayə Babazadə və Astara şəhər  şəhər 3 saylı tam orta məktəbin HİK sədri Böyükxanım Məmmədova çıxış ediblər. IMG_9861.JPG 1.3 MBIMG_9873.JPG 1.25 MBIMG_9874.JPG 1.21 MBIMG_9876.JPG 1.24 MBIMG_9879.JPG 1.33 MBIMG_9884.JPG 1.26 MBIMG_9896.JPG 1.43 MB

17.04.2023

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərini davam etdirir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti zona konfransı Şəki şəhərində keçirilib. Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfransın mövzusu “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, ATİAHİ-nin Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Daha sonra konfransda Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir  müavini  Günay Mahmudova, ATİAHİ İsmayıllı  rayon komitəsinin sədri  Hafiz Kərimov, Qax rayonu 2 saylı tam orta  məktəb - liseyin  direktoru Aybəniz Məmmədova, Əməkdar müəllim, HİK veteranı Şəfaqət Rəsulov, Zaqatala rayonu üzrə Təhsil Sektorunun  metodisti  Rəcəb Əlizadə, Oğuz  rayonu üzrə Təhsil Sektorunun metodisti Günel Abdullayeva və başqaları çıxış ediblər. Sonra ATİAHİ Şəki rayon komitəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim  arasında  keçirdiyi «Heydər  Əliyev mənim üçün kimdir?» və şagirdlər arasında keçirilmiş «Ürəklərdə yaşayan lider» inşa-yazı müsabiqəsində yer tutmuş qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva bildirib ki, iştirakçılara təşəkkür edib və rayon komitəsinin bu kimi tədbirləri il ərzində davam etdirəcəyini bildirib. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib, rəqs nömrələri nümayiş etdirilib. CSC_9896 (1).JPG 10.58 MBDSC_9837.JPG 8.23 MBDSC_9903.JPG 7.34 MBDSC_9924.JPG 7.21 MBDSC_9990.JPG 7.23 MBDSC_0025.JPG 7.62 MBDSC_9958.JPG 7.16 MBDSC_9950.JPG 6.96 MBDSC_9945.JPG 7.09 MBDSC_9942.JPG 6.56 MBDSC_9928.JPG 7.64 MBDSC_9877.JPG 6.35 MBDSC_0010.JPG 6.33 MBCSC_9916.JPG 10.01 MB

10.04.2023

Şəkidə “Heydər Əliyev İli” çərçivəsində inşa müsabiqəsi keçirilib

Şəkidə “Heydər Əliyev İli” çərçivəsində inşa müsabiqəsi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi munasibətilə ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birgə ümumtəhsil müəssisələrinin müəllimləri arasında "Heydər Əliyev mənim üçün kimdir?", şagirdlər arasında isə "Urəklərdə yaşayan lider" inşa-yazı müsabiqəsi  keçirilib.Komissiya tərəfindən müsabiqəyə təqdim edilmiş bütün yazılar yoxlanılıb və qaliblər müəyyənləşib.Birinci yerə müəllimlər arasında Suçma kənd tam orta məktəbin direktoru Elşən Abdulhəmidov, şagirdlər arasında isə 18 №-li məktəbin lX sinif şagirdi Aytac Abdullayeva layiq görülüb. Müsabiqə komissyası həmçinin 2-4-cü yerlərin qaliblərini də müəyyənləşdirib. Bütün qaliblər fəxri fərmanla təltif edilib, həmçinin onlara hədiyyələr verilib.IMG-20230406-WA0002.jpg 194.08 KB

07.04.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo