Şəkidə şagirdlər arasında voleybol yarışı keçirilib
ATİAHİ Şəki rayon komitəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş 2005-2008-ci il təvəllüdlü idmançılar arasında voleybol üzrə açıq birincilik yarışı keçirilib. Yarışda 14 təhsil müəsisəsinin şagirdlərdən ibarət  komandası iştirak edib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva giriş sözü ilə çıxış edərək milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, həyata keçirdiyi islahatlardan, insan hüquqları sahəsində atılan addımlardan danışıb.

Sonra yarışa start verilib.

İki gün davam edən yarışlarda I, II, III və IV yeri qazanan komandalara kubok, medal, fəxri fərman və hədiyyələr verilib.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo