Şəkidə dama yarışı təşkil olunub

Şəkidə dama yarışı təşkil olunub

ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birgə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Uşaq Gənclər İnkişaf Mərkəzində təhsil işçiləri arasında dama yarışı təşkil edib. Yarışa 35 təhsil işçisi qatılıb.Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət  Xasiyeva çıxış edərək dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib: “Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır”.Tədbirdə həmçinin Təhsil sektorunun metodistləri - Məmmədov  Abdurahman, Qədirov Məmməd,  Uşaq Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimləri - Babayev Tural, Süleymanova Gülnarə və Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor əvəzi Həmidov Mehman çıxışlar edərək iştirakçıları təbrik ediblər.Sonra yarışa start verilib. Maraqlı keçən qarşılaşmalarda kişilər arasında I yeri Qoxmuq kənd tam orta məktəbin müəllimi İsmayılov Ələkbər, II yeri şəhər 20 №-li tam orta məktəbin müəllimi Şahvələdov Hikmət, III yeri şəhər 8 №-li tam orta məktəbin müəllimi İslamov Məmməd, IV yeri  isə 20 №-li tam orta məktəb müəllimi Məmmədov Tərlan qazanıb. Qadınlar arasında isə şəhər 17 №-li tam orta məktəbin müəllimi Əhmədova Sədaqət I yerə, Kimya-biologiya təmayüllü liseyin müəllimi Talıbova Nurlana II yerə, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Hacıağayeva Maisə III yerə, 17 №-li tam orta məktəbin müəllimi Mustafayeva Mehriban IV yerə layiq görülüb. Qaliblərə Şəki rayon komitəsi tərəfindən hədiyyələr verilib, fəxri fərmanla təltif olunublar.20240305_175729.jpg 833.49 KB20240305_173928.jpg 1.2 MB20240305_173627.jpg 1.24 MB

27.03.2024

ATİAHİ Şəki rayon komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə zona üzrə bayram tədbiri təşkil edib

ATİAHİ Şəki rayon komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə zona üzrə bayram tədbiri təşkil edib

ATİAHİ Şəki rayon komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə zona üzrə bayram tədbiri təşkil edib. Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirə  6 rayonun təhsil sektorlarının müdirləri, rayon komitələrinin sədrləri,  o cümlədən təhsil sahəsində çalışan şəhid  anaları və təqaüddə olan təhsil işçiləri dəvət edilib. Şəki-Zaqatala Regional Təhsil  İdarəsinin müdir müavini Günay Mahmudova, sektor müdiri Araz Babayev, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov çıxışlar edərək bildiriblər ki, Azərbaycan qadını ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışır və dəyərli töhfələr verir. Bunun ən bariz nümunəsi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Azərbaycanın davamlı inkişafı, dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlər göstərən, xalqımızın xoşbəxt və firavan yaşamasını həyat kredosuna çevirən Birinci vitse-prezident həm də beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.Vurğulanıb ki, Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin yaranmasında və inkişafında müstəsna rol oynayıb. Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm də görkəmli diplomat, hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi tarixdə dərin iz buraxıb. Şəhid anaları adından Şəki rayon Kiş kənd 1 №-li tam orta məktəbin müəllimi Dursun Cavadova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə, təşəkkürünü bildirib və qadınları bayram münasibəti ilə təbrik edib.Bayram süfrəsi arxasında keçirilən tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin və Şəki şəhər 4 №-li uşaq musiqi məktəbinin gənc ifaçıları bayram nəğmələri ilə qadınlara təbriklərini çatdırıblar. Sonda qadın iştirakçılara gül dəstələri və hədiyyələr təqdim olunub. IMG_2028.JPG 2.63 MBIMG_1916.JPG 3.44 MBIMG_1684.JPG 3.98 MB

27.03.2024

Şəkidə 8 №-li məktəbin həmkarlar ittifaqının hesabatı dinlənilib, seçkilər keçirilib

Şəkidə 8 №-li məktəbin həmkarlar ittifaqının hesabatı dinlənilib, seçkilər keçirilib

Yanvarın 15-dən başlayaraq ATİAHİ Şəki rayon komitəsinə aid ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilir.Növbəti yığıncaq Şəki şəhər 8 №-li Beynəlmiləl tam orta məktəbində baş tutub. Öncə məktəbin həmkarlar ittifaqının sədri Kəmalə Abduyevanın və Təftiş komissiyasının sədri Yeganə İsmayılovanın hesabatları dinlənilib. Hesabat dövründə görülmüş işlər - işçilərin əmək və sosial hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, əlil təhsil işçilərinin sosial vəziyyəti və az təminatlı işçilərə verilən birdəfəlik maddi yardım, təhsil sahəsində çalışan şəhid və qazi ailələrinə göstərilən maddi və mənəvi köməklik barədə məlumat verilib və məktəbin kollektivi tərəfindən görülən işlər kafi qiymətləndirilib.Sonra açıq səsvermə yolu ilə məktəbin həmkarlar ittifaqının yeni tərkibi seçilib. Səs çoxluğu ilə Kəmalə Abduyeva yenidən sədr vəzifəsinə təsdiqlənib.Yığıncaqda iştirak edən Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva ittifaq üzvlərinin suallarını cavablandırıb, rəy və təkliflərini dinləyib.20240127_104542.jpg 1.1 MB

01.02.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

 Şəki Dövlət Regional Kollecində anım tədbiri keçirilib

Şəki Dövlət Regional Kollecində anım tədbiri keçirilib

ATİAHİ Şəki rayon komitəsinin xidmətində olan təhsil müəssisələrində 92 nəfər  Qarabağ müharibəsi qazisi və şəhid ailəsinin üzvü olan təhsil işçisi çalışır. Rayon komitəsi daim onların qayğısına qalır və lazımi köməkliyi göstərir.Dekabrın 6-da Şəki Dövlət Regional Kollecində Vətən müharibəsi şəhidi Məmmədiyə Cabbarzadənin anım günü tədbiri keçirilib. Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev başda olmaqla şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Şəki Dövlət Regional Kollecin direktoru Sərdar Şərifov, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Kollecin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədr müavini Ziya Vəliyev və Milli Məclisin deputatı Vüqar İsgəndərovun köməkçisi Anar Nağıyev Qarabağ müharibəsində torpaqlarımızın düşməndən azad olunmasında şəhid olmuş Vətən oğullarının qəhrəmanlığından, əsgər və zabitlərimizin şanlı döyüş yolundan və Qələbəmizin əzəmətindən danışıblar.Sonra Məmmədiyə Cabbarzadəyə həsr olunmuş “Ölümsüzlər” adlı videoçarx nümayiş etdirilib.Şəhidin anası Şəki Dövlət Regional Kollecin texniki işçisi Zöhrə Cabbarzadə və atası Şəki şəhər 27 №-li uşaq bağçasının texniki işçisi Məhəmməd Cabbarzadə tədbirin təşkilatçılarına minnətdarlıq edib və onlara göstərilən qayğıdan razılıqlarını bildiriblər.Tədbir kollecin tələbələrinin hazırladıqları bədii kompozisiya ilə davam edib. WhatsApp Image 2023-12-08 at 16.20.20.jpeg 105.17 KB

25.12.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

Şəkidə şəhid Elgün Nadirov anılıb

Şəkidə şəhid Elgün Nadirov anılıb

8 Noyabr - Zəfər Günü  münasibəti ilə Şəki Fizika-riyaziyyat təmayüllü liseyin məzunu Vətən müharibəsi şəhidi Elgün Nadirovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil ocağında sərgi açılıb.Sərgidə şəhidin fotoları, şəxsi əşyaları, hərbi geyimləri yer alıb.Qeyd edək ki, sərginin təşkilində ATİAHİ Şəki rayon komitəsi yaxından iştirak edib.

16.11.2023

Şəkidə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib

Şəkidə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə ATİAHİ Şəki rayon komitəsi Səki-Zaqatala  Regional Təhsil İdarəsi ilə birlikdə bayram tədbiri keçirib. Rayonun təhsil müəssisələrində çalışan 99 nəfər Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri, Çernobıl və Əfqanıstan müharibəsi veteranlarının iştirakı ilə baş tutan tədbirdə öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik  sükutla  yad edilib.Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva tədbirdə 44 günlük Vətən müharibəsində və anti-terror əməliyyatında Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharətindən, Ordumuzun qəhrəmanlıqlarından, döyüş taktikasından, yüksək döyüş ruhundan, xalqımızın möhkəm birliyindən danışıb. Qeyd edib ki, Qələbəni bizə bəxş edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların ailələri dövlətimiz tərəfindən hər zaman himayə olunacaq.Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı, Qarabağ müharibəsi veteranı Anar Məmmədov, ATİAHİ Qax rayon komitəsinin sədri Təranə Həşimova çıxışlarında bayram münasibətilə iştirakçıları təbrik edib, Vətən yolunda onların xidmətlərini yüksək qiymətləndiriblər.Sonra şəhid anaları - Kiş kənd 1 №-li tam orta məktəbin müəllimi Dursun Cavadova, Şəki Dövlət Regional Kollecinin müəllimi Rəmziyyə Nadirova, Aşağı Küngüt kənd tam orta məktəbin texniki işçisi Gülnarə Mustafayeva və şəhidin  həyat yoldaşı şəhər 5 №-li tam orta məktəbin müəllimi Nərmin İzzətli dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışıb, cəmiyyətdə onlara olan ali münasibətdən minnətdarlıq ifadə ediblər.Sonda iştirakçılara fəxri fərman və bayram hədiyyələri verilib.20231108_181532.jpg 1.29 MB20231108_181335.jpg 1.56 MB20231108_181247.jpg 1.36 MBWhatsApp Image 2023-11-14 at 18.07.43.jpeg 265.23 KB20231108_175527.jpg 1.54 MB

16.11.2023

Şəkidə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bilik yarışı təşkil olunub

Şəkidə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bilik yarışı təşkil olunub

ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birlikdə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Kim? Nə? Harada?” intellektual yarışı keçirib.Yarışda 26 komanda mübarizə aparıb. Nəticələrə görə, I yeri şəhər 18 №-li tam orta məktəbin “Çələbixan”, II yeri Şəki Kimya-biologiya təmayüllü liseyin “Kvebek”, III yeri Cəfərabad kənd tam orta məktəbin “Kreativ” komandası qazanıb. Qalib komandalara fəxri fərman və hədiyyələr verilib. Şəhər 11 №-li tam orta məktəbin “Nuxa” komandası isə yarışda fərqləndiyinə görə, qaliblər arasında yer alıb və mükafatlandırılıb.Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamiq Cəbiyev və münsiflər heyətinin sədri Gülxar Salamova qalibləri təbrik edib və onlara təhsil sahəsində uğurlar arzulayıblar. Şəhər 20 №-li tam orta məktəbin şagirdi, Qarabağ müharibəsi qazisinin qızı Məmmədəliyeva Səmra Asif qızı yaxşı təhsil almaları üçün onlara göstərilən dəstəyi yüksək qiymətləndirib və ümidləri doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını bildirib.WhatsApp Image 2023-11-15 at 16.23.55.jpeg 100.4 KB

16.11.2023

Şəkidə şagirdlər və müəllimlər arasında inşa müsabiqəsi keçirilib

Şəkidə şagirdlər və müəllimlər arasında inşa müsabiqəsi keçirilib

ATİAHİ Şəki rayon komitəsinin Təhsil sektoru ilə birlikdə 8 Noyabr - Zəfər Günü münasibətilə VII-XI sinif şagirdləri arasında "Qaytarılan torpaqlar, qayıtmayan ogullar", müəllimlər arasında isə "Zəfər tariximiz” mövzusunda keçirdiyi inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.Tədbirdə çıxış edən Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamik Cəbiyev, şəhid anası olan Əməkdar muəllim Dursun  Cavadova və İbrahimkənd kənd məktəbinin direktoru qazi Cəlal Bayramov çıxışlar edərək Vətən müharibəsindən, əsgər və zabitlərimizin döyüş yolundan, parlaq Qələbəmizdə danışıb, inşa müsabiqəsinin qaliblərinin ünvanına təbriklər səsləndiriblər.Sonda müsabiqədə yer tutmuş 10 şagird və 13 müəllim fəxri fərmanla təltif olunub, həmçinin onlara müxtəlif hədiyyələr təqdim olunub.WhatsApp Image 2023-11-14 at 18.12.52 (1).jpeg 65.7 KB20231018_140248.jpg 561.22 KBWhatsApp Image 2023-11-14 at 18.12.52.jpeg 55.04 KB

16.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Şəkidə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərlə görüş olub

Şəkidə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərlə görüş olub

ATİAHİ Şəki rayon komitəsi və Təhsil sektoru 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirib.Öncə Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsləhətçisi Elxan Abdullayev, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamiq Cəbiyev və Şəhid Anaları İctimai  Birliyinin sədri Gülnarə İsgəndərova çıxışlar edərək ölkəmizdə təhsilin inkişafında, gənclərin yetişməsində, təlim-tərbiyəsində, elmi biliklərə yiyələnməsində, cəmiyyətimizin formalaşmasında müəllimlərin fədakar əməyindən danışıblar. Bildirilib ki, Azərbaycan müəllimi öz peşəsini dərindən sevərək missiyasını şərəflə yerinə yetirir, müəllim adının ləyaqətlə daşıyırlar. Vurğulanıb ki, ölkəmizin əldə etdiyi bütün uğurların arxasında müəllimlərimizin gərgin zəhməti durur.Tədbirdə çıxış edən müəllimlər həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən onlara göstərilən ali münasibətdən və yüksək diqqətdən razılıqlarını bildiriblər.İştirakçılar həmçinin şagirdlər tərəfindən hazırlanan konsert proqramına tamaşa edib, şeirlər dinləyiblər.Sonda tədbirdə iştirak edən müəllimlərə hədiyyələr və fəxri fərman verilib.DSC_4319.JPG 6.56 MBDSC_4402.JPG 6.39 MB

06.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

 Sentyabrın 13-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin konfransı keçirilib. Konfransda Elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, rayon həmkarlar ittifaqı komitələrinin sədrləri, həmin ərazilərdə çalışan məktəb direktorları və müəllimlər iştirak ediblər.Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.Sentyabr konfransının əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlər, 2022–2026-cı illər üzrə təhsil strategiyasının müvafiq istiqamətlər üzrə uğurla icra edilməsi, eyni zamanda təhsildə innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi barədə məlumat verib. İdris İsayev növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.Daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev hesabatla çıxış edib. Hesabatda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər, region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadalarının ümumi təhsil müəssisələri üzrə reytinq sıralaması və digər məsələlər yer alıb.Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.Tədbir çıxışlarla davam etdirilib.Sonra 2022-2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib. Müəllimlərin XVI Qurultayına nümayəndələr seçilib.Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.  378978572_300614092662417_8719273471647818017_n.jpg 632.67 KB378998654_300637422660084_3738401680973036344_n.jpg 598.29 KB376814703_300614059329087_3129025402344524918_n.jpg 618.28 KB

20.09.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo