Şəki rayon komitəsində layiqli əməkdən danışılıb
7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar rayonun əksər təhsil müəssisələrində tədbirlər keçirilib.AHİK-in üzv təşkilatı ATİAHİ Şəki rayon komitəsi isə ilk həmkarlar ittifaqı komitələrinin sədrlərinin iştirakı ilə “Dəyirmi masa” təşkil edib.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sukutla yad edilməsi ilə başlayıb.Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva tədbir iştirakçılarını proqramla və 2021-2025-ci illər üçün tərtib olunan Layiqli Əmək üzrə Ölkə Proqramının Konsepsiyasının həyata keçirilməsi üzrə Şəki rayon komitəsinin “Tədbirlər Plan”ı ilə tanış edib.Bildirib ki, təhlükəsizlik və layiqli əmək şəraitində çalışan işçinin əmək məhsuldarlığı yüksəlir. Bu isə istehsal prosesinin daha da yaxşılaşmasına və məhsuldarlığına səbəb olur. Onun sözlərinə görə, BƏT-in qəbul etdiyi və dövlətlərin qoşulduğu konvensiyaların böyük əksəriyyəti məhz əməyin təhlükəsizliyi, layiqli əməyin təmin olunması məsələlərini əhatə edir. Ziyafət Xasıyeva əlavə edib ki, layiqli əmək Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. Azərbaycan 1992-ci ildən bəri üzvü olduğu BƏT-in bu sahədə olan bütün konvensiyalarına qoşulub.Sonra məktəb direktoru İntizar Abdullayeva “İşçilərin və ailə üzvlərinin sosial müdafiəsi və inteqrasiyası”, Təhsil sektorunun həmkarlar ittifaqı komitəsinin sədri Məmməd Qədirov “Qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi”, Uşaq Gənclər İnkişaf Mərkəzinin həmkarlar ittifaqı komitəsinin sədri Esmira Mehdiyeva “İşçilərin hüquqlarının qorunması və sosial müdafiəsi”, Şəki Dövlət Regional Kollecin həmkarlar ittifaqı komitəsinin sədri Samir Mehdiyev “Təhlükəsiz və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi” mövzularında çıxışlar ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.WhatsApp Image 2024-10-08 at 18.01.28.jpeg 95.82 KBWhatsApp Image 2024-10-08 at 18.01.27.jpeg 114.64 KB20241008_141816.jpg 1.73 MB
08.10.2024
Şəkidə Şəhidlər xiyabanı ziyarət olunub
Sentyabrın 27-si - Anım Günü AHİK-in üzv təşkilatı ATİAHİ RK Şəki rayon komitəsi şəhidlərimizi yad edib.Komitənin əməkdaşları və fəal ittifaq üzvləri Şəki rayonundan Birinci Qarabağ və Vətən müharibəsində şəhid olmuş şəxslərin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.Bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların yadigar qalan övladları hər zaman diqqət və qayğımızla əhatə olunacaq.461383065_530529273004230_3487897620151017805_n.jpg 889.06 KB
07.10.2024
Şəkidə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Şəki rayonunda təntənəli şəkildə qeyd olunub. Tədbir AHİK-in üzv təşkilatı ATİAHİ RK Şəki rayon komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Şəki rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəki şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində baş tutub.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub. Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Təhsil sektorunun metodisti Gülxar Salamova giriş sözü ilə çıxış edərək müəllimləri təbrik edib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ATİAHİ RK Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva və Təhsil sektorunun müdiri Zamiq Çəbiyev dövlətimizin təhsilə göstərdiyi diqqətdən, müəllimlərə olan qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verilən fərman və sərancamlardan danışıb, müəllimlərimizin uğurlu pedaqoji fəaliyyətindən bəhs ediblər.Sonra fəal və qabaqçıl müəllimlərə fəxri fərman, hədiyyə və gül buketləri təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.Qeyd edək ki, ATİAHİ RK tərəfindən Şəki rayonun təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən 100 müəllim mükafatlandırılıb. Bundan başqa, Müəllimlər Günü münasibəti ilə Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva Şəki Dövlət Regional Kollecin müəllimi, şəhid anası Rəmziyyə Nadirovanı, şəhər 11 №-li tam orta məktəbin fəal müəllimi Sədaqət Vahabovanı dərs saatında tələbə və şagirdlər qarşısında təbrik edib.Həmçinin Şəki rayon komitəsi Müəllimlər Günü ilə əlaqədar 320 qabaqçıl və fəal ittifaq üzvünə hədiyyələr verib.WhatsApp Image 2024-10-04 at 18.58.28.jpeg 150.42 KB20241004_153845.jpg 2.62 MBWhatsApp Image 2024-10-04 at 18.06.40.jpeg 249.57 KB20241004_151153.jpg 2.54 MB
07.10.2024
Şəkidə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Şəki rayonunda təntənəli şəkildə qeyd olunub. Tədbir AHİK-in üzv təşkilatı ATİAHİ RK Şəki rayon komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Şəki rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəki şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində baş tutub.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub. Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Təhsil sektorunun metodisti Gülxar Salamova giriş sözü ilə çıxış edərək müəllimləri təbrik edib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ATİAHİ RK Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva və Təhsil sektorunun müdiri Zamiq Çəbiyev dövlətimizin təhsilə göstərdiyi diqqətdən, müəllimlərə olan qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verilən fərman və sərancamlardan danışıb, müəllimlərimizin uğurlu pedaqoji fəaliyyətindən bəhs ediblər.Sonra fəal və qabaqçıl müəllimlərə fəxri fərman, hədiyyə və gül buketləri təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.Qeyd edək ki, ATİAHİ RK tərəfindən Şəki rayonun təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən 100 müəllim mükafatlandırılıb. Bundan başqa, Müəllimlər Günü münasibəti ilə Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva Şəki Dövlət Regional Kollecin müəllimi, şəhid anası Rəmziyyə Nadirovanı, şəhər 11 №-li tam orta məktəbin fəal müəllimi Sədaqət Vahabovanı dərs saatında tələbə və şagirdlər qarşısında təbrik edib.Həmçinin Şəki rayon komitəsi Müəllimlər Günü ilə əlaqədar 320 qabaqçıl və fəal ittifaq üzvünə hədiyyələr verib.WhatsApp Image 2024-10-04 at 18.58.28.jpeg 150.42 KB20241004_153845.jpg 2.62 MBWhatsApp Image 2024-10-04 at 18.06.40.jpeg 249.57 KB20241004_151153.jpg 2.54 MB
07.10.2024
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
Oktyabrın 4-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülür. Araz Paşayev bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”. Komitə sədri qaliblərin seçilməsində göstərdikləri peşəkarlığa görə, münsiflər heyətinin üzvlərinə də təşəkkür edib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil edir. Hər il gənclərin inkişafı ilə bağlı fərmanlar və sərəncamlar imzalanır, dövlət proqramları uğurla icra olunur. Bu tədbirlər gənclərimizi uğurlara ruhlandırır”. Nazir müavini eyni zamanda festival qaliblərini təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, bu tədbirin hər il təşkil edilməsini və yekun konsertin Şuşa şəhərində keçirilməsini təklif ediblər. Sonda festival qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.3 (6).jpg 577.39 KB2 (9).jpg 545.51 KB1 (6).jpg 525.32 KB
04.10.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib. Bu barədə UASEB-in İdarə Heyətinin növbədənkənar iclasında qərar qəbul edilib. Türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar və dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edən UASEB 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub.
02.10.2024
ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev UAESEB və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Sentyabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan A.Paşayev bildirib ki, ATİAHİ Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu beynəlxalq təşkilatlardan biri də türkdilli ölkələrdə təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarını birləşdirən Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyidir. Eyni zamanda ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasında da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr mövcuddur. Öz növbəsində Talip Geylan səmimi qəbula görə təşəkkürünü bildirib və A.Paşayevi ATİAHİ Respublika Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib. Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin gələcək fəaliyyəti, ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasındakı əməkdaşlığın daha da genişləndiriləməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 3.ATİHA.jpg 469.75 KB1.ATİHA.jpg 601.81 KB4.ATİHA.jpg 514.01 KB2ATİHA.jpg 593.11 KB
20.09.2024
Şəkidə təqaüdə çıxan ittifaq üzvü ilə görüş keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsi 2023-2024-cü tədris ilinin sonunda 82 nəfər təhsil işçisinin rəğbətləndirilməsi məqsədi ilə müəssisələrdə tədbirlər təşkil edib və onlara hədiyyə və fəxri fərmanlar verib.O cümlədən sentyabrın 13-də Şəki rayonu üzrə Təhsil sektorunun bağçalar üzrə metodisti Ulduz Paşayevanın 65 yaşının tamam olması və təqaüdə yola salınması münasibəti ilə onunla görüş keçirilib.Tədbirdə Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamiq Cəbiyev və ilk həmkarlar ittifaqının sədri Məmməd Qədirov çıxışlar edərək Ulduz Paşayevaya təbriklərini çatdırıb, gələcək həyatında uğurlar arzulayıblar. Bildirilib ki, Ulduz xanım fəaliyyəti ərzində rayonun ictimai həyatında fəal iştirak edib, çalışdığı bütün vəzifələrdə işinə məsuliyyətlə yanaşıb, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edib. Vurğulanıb ki, Ulduz xanımın işinə məsuliyyəti, nümunəvi davranışları və şərəfli ömür yolu gənclər üçün böyük örnəkdir.Sonda Ulduz Paşayevaya hədiyyələr təqdim olunub.WhatsApp Image 2024-09-13 at 18.31.31.jpeg 39.84 KBWhatsApp Image 2024-09-13 at 18.31.38.jpeg 88.8 KB
18.09.2024
Şəki şəhər komitəsində şəhid övladları ilə görüş olub
Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində böyük Qələbə ilə başa çatıb. Bu müqəddəs yolda şəhadətə qovuşan şəhidlərimizin Vətən sevgisi xalqımıza ölçüyəgəlməz qürur və fəxr hissi yaşatmaqdadır.Şəhid olan igid oğullarımızın övladlarını öz balalarımız kimi sinəmizə çəkmək, onların qayğısına qalmaq hər bir azərbaycanlının şərəf borcudur. Çünki bu balalar bizə şəhidlərimizin əmanətidir.Sentyabrın 13-də yeni dərs ilinin başlanması ilə əlaqədar Şəki rayonu üzrə ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladları ilə çay süfrəsi arxasında görüş keçirilib. Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki rayon Təhsil sektorunun müdiri Zamiq Cəbiyev şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını və Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını ehtiramla xatırlayacağını vurğulayıblar. Onlar həmçinin şəhid övladlarını yeni dərs ili münasibəti ilə təbrik edib, dərslərində uğurlar diləyiblər. Eləcə də şəhid balaları ataları ilə fəxr etdiklərini, hər zaman dövlətimizin onlara qayğı göstərdiklərini bildiriblər.Sonra şəhidlərimizin yadigarlarına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Republika Komitəsini tərəfindən hədiyyə edilmiş məktəbli geyimi və dərs ləvazimatları verilib.Məktəblilər hər zaman onlara göstərilən diqqətə görə, dövlətimizin başçısı cənab İlham Əliyevə, həmçinin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Republika Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.WhatsApp Image 2024-09-13 at 18.37.07.jpeg 127.94 KBWhatsApp Image 2024-09-13 at 18.36.37.jpeg 198.05 KB
18.09.2024
Şəhid övladları pulsuz məktəbli formaları ilə təmin olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidlərinin məktəbli övladları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən pulsuz məktəbli formaları ilə təmin olunub. 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar məktəblilərə formalar və digər zəruri məmulatlar təqdim edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə irəli sürülmüş bu təşəbbüsdən orta təhsil müəssisələrində təhsil alan 920 nəfərdən artıq şəhid övladı olan məktəbli yararlanıb.
13.09.2024
Təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladları mükafatlandırılacaq
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarını mükafatlandıracaq. ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına uyğun olaraq, qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının hər birinə 200 (iki yüz) manat məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, 2024-cü ilin ali məktəblərə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.
12.09.2024
ATİAHİ Respublika Komitəsinin katibi Elşad Novruzov Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak edib
Sentyabrın 10-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.Tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə, onların idman nailiyyətlərinə, məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları səhnəcik və çıxışlara baxış keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində ölkədə aparılan uğurlu islahatlardan danışıb. Vəfa Yaqublu çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev 2023-2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb.Daha sonra hesabatla çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində yaradılmış təhsil mühitindən, müəllimlərin peşəkar inkişafının artırılması istiqamətində idarə tərəfindən atılan addımlardan, şagird nailiyyətləri, respublika fənn olimpiadaları, IX və XI siniflərdə buraxılış imtahanlarının region üzrə nəticələri, məktəbəqədər və ümumi təhsil üzrə statistik məlumatlar, təhsil müəssisələrində aparılmış təmir-tikinti işlərindən danışıb.Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.459267774_594308773358695_1300451062040761484_n.jpg 57.12 KB459051994_594309420025297_7776665819519804007_n.jpg 68.37 KB459394565_594309096691996_4560301340584798958_n.jpg 82.15 KB459103736_594309040025335_2422253825777341082_n.jpg 109.03 KB
10.09.2024
ATİAHİ Respublika Komitəsinin sədri Araz Pashayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında iştirak edib
Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.1725992985653.jfif 125.14 KB1725992985606.jfif 46.6 KB
10.09.2024
Tələbələr üçün “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbi təşkil edilib
6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı yay məktəbi təşkil edilib. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilmiş yay məktəbində həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin 120 tələbəsi, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və media nümayəndələri iştirak edib. Yay məktəbi çərçivəsində sentyabrın 7-də “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev açaraq qeyd edib ki, hər ilin sentyabr ayında həmkarlar ittifaqı fəalı olan tələbələr üçün yay məktəbinin təşkil edilməsi ənənə halını alıb. Bu ilki yay məktəbi “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edilib. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib. Bu il ərzində respublikamızda müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərin əsas məqsədi ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, ətraf mühitin sağlamlaşdırılması, təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadə etmə və bu kimi mövzularda müzakirələrin aparılmasıdır. Həmçinin bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəkdir. Bu tədbirdə də bütün dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir. A.Paşayev qeyd edib ki, dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində fərd olaraq hər birimiz öz vətəndaşlıq vəzifələrimizi məsuliyyətlə yerinə yetirməliyik. Konfransın təşkil edilməsində də məqsəd həm həmkarlar ittifaqı təşkilatı olaraq, həm həmkarlar ittifaqı fəalı olaraq görə biləcəyimiz işləri müzakirə etmək, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən olunmuş Azərbaycanımıza öz tövhələrimizi verməkdir. Sonra konfransda tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalı olan tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini veriblər. Yay məktəbi çərçivəsində həmçinin tələbələr üçün müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində işlər görülüb. IMG_20240907_124723 (1).jpg 2.93 MBIMG_20240907_120732.jpg 2.51 MBIMG_20240907_121227 (1).jpg 2.72 MB458967762_852215273676066_7161585101878450423_n.jpg 345.29 KBIMG_20240907_120900 (1).jpg 3.15 MB459000115_852215367009390_9014548444600849013_n.jpg 876.93 KB
08.09.2024
ATİAHİ Respublika Komitəsinin katibi Tehranağa Abdullayev Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında iştirak edib
Sentyabrın 6-da Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi Tehranağa Abdullayev, təhsil işçiləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, STEAM və Peşə təmayüllü siniflərin təqdimatına, eləcə də şagirdlərin idman nailiyyətlərinə baxış keçirilib.Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirin əvvəlində, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 2023-2024-cü tədris ilindəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.Konfransda çıxış edən elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə olunmasında əlçatanlıq və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Coşqun Əliyev növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.458698195_920848616754492_5068914938629656760_n.jpg 550.57 KB458727670_920858570086830_4958289547298755474_n.jpg 842.94 KB458475582_920848726754481_6326045038314140477_n.jpg 704.06 KB458645081_920847406754613_1010982169784420793_n.jpg 582.91 KB458462181_920854223420598_5114432980855989072_n.jpg 638.06 KB458520393_920847410087946_9122474078724632720_n.jpg 682 KB
06.09.2024
Bizimlə əlaqə