Şəki rayon komitəsində layiqli əməkdən danışılıb

7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar rayonun əksər təhsil müəssisələrində tədbirlər keçirilib.
AHİK-in üzv təşkilatı ATİAHİ Şəki rayon komitəsi isə ilk həmkarlar ittifaqı komitələrinin sədrlərinin iştirakı ilə “Dəyirmi masa” təşkil edib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sukutla yad edilməsi ilə başlayıb.
Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva tədbir iştirakçılarını proqramla və 2021-2025-ci illər üçün tərtib olunan Layiqli Əmək üzrə Ölkə Proqramının Konsepsiyasının həyata keçirilməsi üzrə Şəki rayon komitəsinin “Tədbirlər  Plan”ı ilə tanış edib.
Bildirib ki, təhlükəsizlik və layiqli əmək şəraitində çalışan işçinin əmək məhsuldarlığı yüksəlir. Bu isə istehsal prosesinin daha da yaxşılaşmasına və məhsuldarlığına səbəb olur. Onun sözlərinə görə, BƏT-in qəbul etdiyi və dövlətlərin qoşulduğu konvensiyaların böyük əksəriyyəti məhz əməyin təhlükəsizliyi, layiqli əməyin təmin olunması məsələlərini əhatə edir. Ziyafət Xasıyeva əlavə edib ki, layiqli əmək Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. Azərbaycan 1992-ci ildən bəri üzvü olduğu BƏT-in bu sahədə olan bütün konvensiyalarına qoşulub.
Sonra məktəb direktoru İntizar Abdullayeva “İşçilərin və ailə üzvlərinin sosial müdafiəsi və inteqrasiyası”, Təhsil sektorunun həmkarlar ittifaqı komitəsinin sədri Məmməd Qədirov “Qadınlar və kişilər arasında  bərabər imkanların təmin edilməsi”, Uşaq Gənclər İnkişaf Mərkəzinin həmkarlar ittifaqı komitəsinin sədri Esmira Mehdiyeva “İşçilərin hüquqlarının qorunması və sosial müdafiəsi”, Şəki Dövlət Regional Kollecin həmkarlar ittifaqı komitəsinin sədri Samir Mehdiyev “Təhlükəsiz və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi” mövzularında çıxışlar ediblər. 
    Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo