Şəkidə təqaüdə çıxan ittifaq üzvü ilə görüş keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsi 2023-2024-cü tədris ilinin sonunda 82 nəfər təhsil işçisinin rəğbətləndirilməsi məqsədi ilə müəssisələrdə tədbirlər təşkil edib və onlara hədiyyə və fəxri fərmanlar verib.
O cümlədən sentyabrın 13-də Şəki rayonu üzrə Təhsil sektorunun bağçalar üzrə metodisti Ulduz Paşayevanın 65 yaşının tamam olması və təqaüdə yola salınması münasibəti ilə onunla görüş keçirilib.
Tədbirdə Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamiq Cəbiyev və ilk həmkarlar ittifaqının sədri Məmməd Qədirov çıxışlar edərək Ulduz Paşayevaya təbriklərini çatdırıb, gələcək həyatında uğurlar arzulayıblar. Bildirilib ki, Ulduz xanım fəaliyyəti ərzində rayonun ictimai həyatında fəal iştirak edib, çalışdığı bütün vəzifələrdə işinə məsuliyyətlə yanaşıb, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edib. Vurğulanıb ki, Ulduz xanımın işinə məsuliyyəti, nümunəvi davranışları və şərəfli ömür yolu gənclər üçün böyük örnəkdir.
Sonda Ulduz Paşayevaya hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo