Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi
Aprelin 4-də Sumqayıt Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. Tələbələrin müxtəlif sahələr üzrə -ifaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirildi.Müsabiqənin sonunda münsiflər heyəti iştirakçılara təklif və tövsiyələrini verdi, tələbələrə uğurlar arzulayaraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.DSC_4396.JPG 8.55 MBDSC_4312.JPG 9.04 MB
05.04.2023
Şəkidə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ATİAHİ Şəki rayon komitəsinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir.Belə ki, “Heydər Əliyev İli” çərçivəsində Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbində ətraf kənd məktəblərinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.Öncə Azərbaycanın Dövlət Himni səslənib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Baş Zəyzid kənd tam orta məktəbin müəllimləri - Vahid Rəsulov (“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”), Gülnaz Həmidova (“Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu”), Orta Zəyzid kənd 1 №-li tam orta məktəbin direktor əvəzi Sevinc Nəsrullayeva (“Heydər Əliyev və ana dilimiz), Orta Zəyzid kənd 2 №-li tam orta məktəbin direktoru Fərrux Kərimli, Vərəzət kənd tam orta məktəbin direktoru Xədicə Nurməmmədova (“Heydər Əliyev və azərbaycançılıq ideyası”), müəllimi Filman Nəsirov (“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”) və Köbər Zəyzid kənd tam orta məktəbin direktoru Aynurə Həşimova (“Heydər Əliyev və Fransa münasibətləri”) Ulu Öndər Heydər Əliyevin həm sovetlər birliyində ölkəmizin iqtisadi, sosial, siyasi, hərbi, təhsil, səhiyyə sahəsində apardığı islahatlardan və gördüyü işlərlə bağlı məruzə ilə çıxışlar ediblər.ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Rauf Əsədov və Baş Zəyzid kənd tam orta məktəbin direktoru Sahib Məhyəddinov çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi yaradıcılığından, xilaskarlıq missiyalarından, dövlət quruculuğu yolunda gördüyü işlərdən danışıblar. Çıxışların ardından Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.Sonda şagirdlərin ifasında Vətənə aid musiqilər səslənib.20230328_164752.jpg 1.31 MB20230328_162025.jpg 1.69 MB20230328_145604.jpg 860.09 KB20230328_163212.jpg 1022.09 KB20230328_165411.jpg 1.02 MBWhatsApp Image 2023-03-28 at 19.18.51 (1).jpeg 103.36 KB
03.04.2023
Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Qərb rayonları üzrə sədrləri və fəalları, eləcə də Universitet rəhbərliyi, professor-müəllim və tələbələri iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Açılış nitqi ilə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov universitetdə könüllülük fəaliyyəti və gənclər təşkilatlarının missiyaları haqqında məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.Çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirdə həmçinin ATİAHİ Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Allahverdiyev, ADAU-nun ictimai elmlər kafedrasının müdiri Azad Bayramov, komputer mühəndisliyi fakültəsinin III kurs tələbəsi Fəridə Zeynalova çıxış ediblər.Sonra Ulu Öndər Heydər Əliyevin gənclər və təhsil sahəsində fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.Daha sonra çıxış edənlər həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyevin həyata keçirdiyi işlər və qəbul etdiyi qərarlardan söhbət açıblar.1680072622_1680015278_dsc_0058-1.jpg 534.35 KB1680015328_dsc_0113.jpg 323.65 KB1680015334_dsc_0074.jpg 516.96 KB1680015361_dsc_0066.jpg 455.34 KB1680015404_dsc_0106.jpg 389.64 KB1680015409_dsc_0085.jpg 516.99 KB
28.03.2023
“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə birdəfəlik son qoyuldu”.AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə Müzəffər Ordumuzun sücayəti sayəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. İşğalda olan torpaqlarımız azad olundu. Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir.F.Qurbanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda quruculuq işləri görülür, yeni yaşayış evləri, məktəblər tikilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəb fəaliyyət göstərir. Tezliklə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində bu işlər uğurla həyata keçiriləcək. Sonra polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.2-5.jpg 89.49 KB3-5.jpg 133.64 KB1-5.jpg 115.18 KB7.jpg 182.58 KB6-1.jpg 174.96 KB5.jpg 113.38 KB10.jpg 179.27 KB9.jpg 109.2 KB8-1.jpg 112.32 KB
16.03.2023
Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib
Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.3-3.jpg 317.92 KB4-3.jpg 220.56 KB1-3.jpg 392.48 KB
14.03.2023
AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının Qurultayında iştirak edib
Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının 38-ci Qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin Fransa, İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika və Avstriyanın həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.Qeyd edək ki, Qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - Həmkarlar İttifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranının kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, bütün növ gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağı gəlirli ölkələr əziyyət çəkir.S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.Tədbir digər çıxışlarla davam edib. Sebuhi Yunan2.jpg 181.97 KBSebuhi yunan 3.jpg 273.52 KB
14.03.2023
Şəkidə qadınlar bayarmı qeyd olunub
ATİAHİ Şəki rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil olunub.Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Rayon komitəsinin sədri Ziyafət Xasiyeva qadın müəllimləri təbrik edib və qadınlarımızın cəmiyyətdəki mövqeyindən, onların ana, qadın və ziyalı vətəndaş olaraq ölkəmizin inkişafında xidmətlərindən bəhs edib.Qadınları təbrik edən təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev ölkə təhsilinin inkişafında onların fədakar əməyindən, gənc nəslin yetişməsində əhəmiyyətli fəaliyyətlərindən danışıb.Şəki rayonu üzrə Təhsil sektorunun əməkdaşı Firəngiz İbrahimova, baş məsləhətçi Elxan Abdullayev, mühasib Firuzə Balakişiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Maliyyə sektorunun müdiri Araz Babayev, əməkdaşları - Qalib Məmmədov, Rauf Əsədov, Nərmin Hacıbabazadə çıxışlarında ölkəmizdə olan gender bərabərliyindən, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliği istiqamətində görülən işlərdən danışıblar.Sonda tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr təqdim olunub.WhatsApp Image 2023-03-07 at 15.44.21.jpeg 271.17 KB
10.03.2023
ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib
Fevralı 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.İclasa ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.Gündəliyə 2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və digər məsələlər daxil edilib.Gündəliyə daxil edilən məsələlərin hər biri ilə bağlı ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.Sonda Səttar Möhbalıyev Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verib.3 (7).jpg 87.42 KB2 (8).jpg 238.47 KB1 (9).jpg 87.89 KB
28.02.2023
“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə çıxış edən ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Komitə 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir: “Bu tədbirlərin iştirakçıları gənclərdir. Belə tədbirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş olmalarına töhfə verməkdir”.S.Möhbalıyev qeyd edib ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əsl vətəndaş kimi yetişmələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətindən danışan S.Möhbalıyev vurğulayıb ki, Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı maraqlı tədbirlər təşkil olunur: “Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə təşkil olunan tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.S.Möhbalıyev həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tədbirlər planı hazırlayıblar.Sonda qaliblər mükafatlandırılıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.332809542_486108920224946_3555623642172832650_n.jpg 680.1 KB331573922_870549457348526_4877070994543897707_n.jpg 1.84 MB328128228_785071379617225_4765490506587807719_n.jpg 722.91 KB332111062_3477609005899628_1588052700684825073_n.jpg 1.53 MB333203046_911206230305386_8290984335460044205_n.jpg 772.77 KB332892889_1342803263165647_4927506040577235171_n.jpg 644.23 KB332153452_516297527359836_4346304560906049937_n.jpg 1.92 MB332150705_1498649543876778_2141098020000349615_n.jpg 1.74 MB
27.02.2023
Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə Naxçıvana səfər edib.Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bildirib ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi müəyyənləşdirdi. Onun vətəndaş cəmiyyətinin formalaşdırılması üçün atdığı ilk addımlardan biri həmkarlar ittifaqlarının fəaliyyətinin təminatı olmuşdur. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar İttifaqları Haqqında” Qanun qəbul edildi. Qanun həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaratmış oldu. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qeyri-hökumət təşkilatı kimi qarşısında sərbəst və müstəqil imkanlar açıldı”.AHİK sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev vətəndaşların sərbəst fəaliyyətinə, öz mövqelərini azad ifadə etməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarından biri olan Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində bütün problemlərin həllini hökumətlə sosial dialoqda görür: “AHİK hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləyir. Hər iki ildən bir hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Həmkarlar ittifaqı təşkilatları Baş Kollektiv Sazişə istinad edərək əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilir”.S.Möhbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizin ictimai həyatında fəal iştirak etməklə Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafının möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, ümumilikdə, sosial problemlərin həlli isiqamətində apardığı uğurlu siyasətini dəstəkləyir.Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışlar ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin doğulduğu Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.6..jpeg 193.07 KB5-3.jpg 23.37 KB4.jpeg 153.45 KB1 (1).jpeg 391.95 KB7.jpeg 98.24 KB2 (1).jpeg 72.12 KB
22.02.2023
AHİK-in 30 illik yubiley tədbiri keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.Öncə AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik oxunub.Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü: “Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.1-1.jpg 229.87 KB2-2.jpg 175.79 KB3-1.jpg 235.11 KB4-1.jpg 209.51 KB5-1.jpg 167.24 KB6.jpg 168.56 KB7.jpg 150.47 KB8.jpg 178.64 KB9.jpg 238.98 KB10.jpg 76.06 KB
08.02.2023
Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 30 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına məktub ünvanlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarınaHörmətli yığıncaq iştirakçıları!Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm. 1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir. Eyni zamanda ölkə iqtisadiyyatının surətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.Hörmətli yığıncaq iştirakçıları!İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər. Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.İlham Əliyev,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, fevral 2023-cü il
07.02.2023
Şəkidə Gənclər Günü münasibətilə gənc müəllimlərlə görüş keçirilib
Şəki şəhərində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi, ATİAHİ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon komitələri və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tədbirdə Şəki-Zaqatala Regionu üzrə MİQ-də ən yüksək bal toplamış gənc müəllimlər iştirak ediblər.Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.Tədbir Dövlət Himninin səslənməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Şəki-Zaqatala Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Ulu Öndər Heydər Əliyevin həm sovet, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərə olan diqqət və qayğısından, gəncliyin hərtərəfli inkişafı üçün gördüyü işlərdən danışıb: “Ulu Öndər Heydər Əliyev gənclərə xüsusi diqqət yetirirdi, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şeyi edirdi. Gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalanır, onların sosiallaşmasına xüsusi diqqət yetirilir, müxtəlif proqramlar hazırlanır, görüşlər keçirilir, layihələr icra olunurdu”.ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva isə çıxışında bildirib ki, 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanan Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi: “O vaxtan başlayaraq hər il ölkəmizdə Gəncləri Günü təntənəli şəkildə qeyd olunur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər ümumilikdə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün hərtərəfli şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır”.Tədbirdə həmçinin Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Qax rayonu Şotavar kənd tam orta məktəbinin tarix müəllimi Ruslan Əhmədli, İbrahimkənd kənd tam orta məktəbinin direktoru, Vətən müharibəsi qazisi Cəlal Bayramov, Qəbələ rayonu üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova və Şəki Dövlət Regional Kollecinin gənc müəllimi Aygün İsmayılova çıxışlar edərək dövlətimizin gənclər siyasətindən, Azərbaycan gənclərinin nailiyyətlərindən danışıblar. Sonda tədbirdə iştirak edən gənc müəllimlərə fəxri fərman və hədiyyələr verilib.328683875_1383512675807574_5039718012318298424_n.jpg 610.69 KB328631391_496655535982440_4202072251147277620_n.jpg 437.21 KB328630045_976478169999948_4826948356773253992_n.jpg 419.55 KB328627068_911271236734136_8929915475559644506_n.jpg 418.74 KB326277218_526956222864245_9118742219299242759_n.jpg 632.89 KB328517336_1205303133453689_1774492266856727994_n.jpg 383.33 KB325864778_698281098451899_1944040401083188476_n.jpg 668.21 KB325792861_742807230748809_1152562446475602758_n.jpg 627.6 KB
03.02.2023
ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib
Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib edib və həyata keçirir. Bugünkü tədbirimiz də ATİAHİ Respublika Komitəsi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən biridir. Konfrans Ulu Öndərin gənclər siyasətinə həsr olunmuşdur. Sonra C.Alxasov Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirilmişdir. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. 1996-ci il fevralın 2-də gənclərin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün münbit şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. Gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 403484 nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ATİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün pulsuz nahar yeməyi verilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, pis vərdişlərdən uzaq olmalarını təmin etmək, sizdə elmə, təhsilə maraq yaratmaqdır. Sonra çıxış edən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin şahidi oluruq. Ümummilli Lider vəzifədə olduğu illərdə dövrün mürəkkəbliyinə və görüləsi işlərinin çoxluğuna baxmayaraq, hər bir işin öhdəsindən layiqincə gəlib. Konfrans digər çıxışlarla davam edib.Konfrans digər çıxışlar ilə davam edib.E21A7267.JPG 3.77 MBE21A7268.JPG 3.51 MBE21A7276.JPG 3.84 MBE21A7279.JPG 3.24 MBE21A7283.JPG 3.01 MBE21A7304.JPG 4.04 MBE21A7309.JPG 3 MBE21A7311.JPG 2.88 MB
01.02.2023
AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib
Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış veteranlarla görüş keçirilib.Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.Ardınca S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən, fəaliyyət istiqamətlərindən, vətəndaş cəmiyyətinin formalaşmasında xidmətlərindən, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən bəhs edib.Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli xidmətlərindən danışaraq onlara təşəkkür edib.Vurğulayıb ki, ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yardılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə Sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb.Qeyd edib ki, yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.Çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən danışıb, ötən günlər xatırlanıb.Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.1-4.jpg 162.96 KB2-4.jpg 151.69 KB3-3.jpg 159.47 KB4-1.jpg 155.59 KB5-1.jpg 169.56 KB6.jpg 129.23 KB
30.01.2023
Bizimlə əlaqə