Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ATİAHİ Şəki rayon komitəsinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir.
Belə ki, “Heydər Əliyev İli” çərçivəsində Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbində ətraf kənd məktəblərinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.
Öncə Azərbaycanın Dövlət Himni səslənib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş Zəyzid kənd tam orta məktəbin müəllimləri - Vahid Rəsulov (“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”), Gülnaz Həmidova (“Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu”), Orta Zəyzid kənd 1 №-li tam orta məktəbin direktor əvəzi Sevinc Nəsrullayeva (“Heydər Əliyev və ana dilimiz), Orta Zəyzid kənd 2 №-li tam orta məktəbin direktoru Fərrux Kərimli, Vərəzət kənd tam orta məktəbin direktoru Xədicə Nurməmmədova (“Heydər Əliyev və azərbaycançılıq ideyası”), müəllimi Filman Nəsirov (“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”) və Köbər Zəyzid kənd tam orta məktəbin direktoru Aynurə Həşimova (“Heydər Əliyev və Fransa münasibətləri”) Ulu Öndər Heydər Əliyevin həm sovetlər birliyində ölkəmizin iqtisadi, sosial, siyasi, hərbi, təhsil, səhiyyə sahəsində apardığı islahatlardan və gördüyü işlərlə bağlı məruzə ilə çıxışlar ediblər.
ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Rauf Əsədov və Baş Zəyzid kənd tam orta məktəbin direktoru Sahib Məhyəddinov çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi yaradıcılığından, xilaskarlıq missiyalarından, dövlət quruculuğu yolunda gördüyü işlərdən danışıblar. Çıxışların ardından Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda şagirdlərin ifasında Vətənə aid musiqilər səslənib.