ATİAHİ Şəki rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil olunub.
Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rayon komitəsinin sədri Ziyafət Xasiyeva qadın müəllimləri təbrik edib və qadınlarımızın cəmiyyətdəki mövqeyindən, onların ana, qadın və ziyalı vətəndaş olaraq ölkəmizin inkişafında xidmətlərindən bəhs edib.
Qadınları təbrik edən təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev ölkə təhsilinin inkişafında onların fədakar əməyindən, gənc nəslin yetişməsində əhəmiyyətli fəaliyyətlərindən danışıb.
Şəki rayonu üzrə Təhsil sektorunun əməkdaşı Firəngiz İbrahimova, baş məsləhətçi Elxan Abdullayev, mühasib Firuzə Balakişiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Maliyyə sektorunun müdiri Araz Babayev, əməkdaşları - Qalib Məmmədov, Rauf Əsədov, Nərmin Hacıbabazadə çıxışlarında ölkəmizdə olan gender bərabərliyindən, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliği istiqamətində görülən işlərdən danışıblar.
Sonda tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr təqdim olunub.