Şəkidə “Heydər Əliyev İli” çərçivəsində voleybol yarışı təşkil olunub

ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birgə Şəki şəhər 5 №-li tam orta məktəbinin idman zalında təhsil işçiləri arasında voleybol yarışı keçirib.
“Heydər Əliyev İli” çərçivəsində baş tutan yarışda 14 təhsil müəssisəsinin kişilərdən ibarət komandası iştirak edib.
Tədbir Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva giriş sözü ilə çıxış edərək Azərbaycan xalqının çətin vəziyyətində xilaskarlıq missiyasını üzərinə götürmüş Ümummilli Lideri Heydər Əliyevin atdığı addımlardan, dövlət quruculuğu siyasətindən, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafı naminə gördüyü işlərdən danışıb.
Voleybol yarışı gərgin rəqabət mühütündə keçib və tamaşaçılar tərəfindən maraqla izlənilib. Nəticələrə əsasən, I yeri Şəki Dövlət Regional Kolecin, II yeri Şəki şəhər 20 №-li tam orta məktəbin, III yeri Qaratorpaq kənd tam orta məktəbin,  IV yeri isə Şəki Kimya-biologiya təmayüllü liseyin komandası qazanıb. Qaliblərə ATİAHİ Şəki rayon komitəsi tərəfindən kubok, fəxri fərman, medal və hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo