Şəki–Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı və ATİAHİ Şəki rayon komitəsi ilə birgə ümumtəhsil məktəblərinin şagirdlərinin Respublika Fənn olimpiadasının Final mərhələsinə vəsiqə qazanması münasibəti ilə tədbir keçirmişdir.
Tədbiri girş sözü ilə açan ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva tədbiri iştirakçılarını salamladı.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Şəki Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Respublika Fənn olimpiadasının Final mərhələsinə vəsiqə qazanmış şagirdləri və həmin fənlər üzrə şagirdləri yetişdirən müəllimləri təbrik etdi və onlara uğurlar arzuladı.
Tədbirdə iştirak edən müəllimlərdəm Oğuz rayon 3 №-li məktəb-liseyin tarix müəllimi Kərimova Mətanət, Şəki Kimya-biologiya təmayüllü liseyin direktoru Məmmədəliyev Elmir, şagirdlərdən-Qəbələ rayon Nohurqışlaq kənd tam orta məktəbin 10-cu sinif şagirdi Allahverdiyev İlyaz Çərkəz oğlu, Balakən rayonu Humanitar və Texniki Təmayüllü liseyin 9-cu sinif şagirdi Dibirova Lamiyə Çingiz qızı, Şəki Kimya-Biologiya Təmayüllü Liseyin 9-cu sinif şagirdi Abbaszadə Rasim Yusif oğlu, valideynlərdən-Yaşarlı Dərya Hacıbala oğlu çıxış çıxış edərək tədbiri təşkil edənlərə, göstərilən, diqqət, qayağıya görə öz təşəkkürlərini və gələcəkdə daha böyük uğurlara imza atmaları üçün əzmlə çalışacaqlarını bildirdilər.
Sonda tədbirdə Respublika Fənn olimpiadasının Final mərhələsinə vəsiqə qazanmış şagirdlərə, onları yetişdirən fənn müəllimlərinə Fəxri Fərman, hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.