Şəkidə “Heydər Əliyev İli” çərçivəsində inşa müsabiqəsi keçirilib


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi munasibətilə ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birgə ümumtəhsil müəssisələrinin müəllimləri arasında "Heydər Əliyev mənim üçün kimdir?", şagirdlər arasında isə "Urəklərdə yaşayan lider" inşa-yazı müsabiqəsi  keçirilib.

Komissiya tərəfindən müsabiqəyə təqdim edilmiş bütün yazılar yoxlanılıb və qaliblər müəyyənləşib.

Birinci yerə müəllimlər arasında Suçma kənd tam orta məktəbin direktoru Elşən Abdulhəmidov, şagirdlər arasında isə 18 №-li məktəbin lX sinif şagirdi Aytac Abdullayeva layiq görülüb. Müsabiqə komissyası həmçinin 2-4-cü yerlərin qaliblərini də müəyyənləşdirib. Bütün qaliblər fəxri fərmanla təltif edilib, həmçinin onlara hədiyyələr verilib.
IMG-20230406-WA0002.jpg 194.08 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo