Şəkidə voleybol turnirinin qalibləri mükafatlandırılıb

Aprelin 28-dən 30-dək Şəki rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 99-cu ildönümünə ehtiram əlaməti olaraq təhsil müəssisələrinin kişilərdən ibarət komandaları arasında voleybol idman növü üzrə  yarış təşkil edilib.
Yarışın yüksək səviyyədə keçirilməsi məqsədilə Təşkilat komitəsi, Hakimlər kollegiyasının tərkibi və yarışın “Əsasnamə”si təsdiq edilib, rəsmi məktubla birlikdə təhsil müəssisələrinin rəhbərlərinə təqdim edilib.

Açılış mərasimində Ulu Öndərin həyat və fəaliyyətindən danışılıb. Bildirilib ki, Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Vurğulanıb ki, Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Qeyd olunub ki, dünya durduqca Ulu Öndərin ideyaları yaşayacaq və Azərbaycanı daha böyük uğurlara daşıyacaq.


Çıxışların ardından yarışa start verilib. ATİAHİ Şəki rayon komitəsinin təşkilatçılığı ilə baş tutan turnirdə 22 təhsil müəsisəsinin komandası mübarizə aparıb. Voleybol yarışının nəticələrinə əsasən, Şəki Dövlət Regional Kollecinin komandası I yeri, şəhər 20 №-li tam orta məktəin komandası II yeri, Qoxmuq kənd tam orta məktəbin komandası III yeri, şəhər 8 №-li tam orta məktəbin komandası IV yeri, şəhər 7 №-li tam orta məktəbin, Kimya-biologiya təmayüllü liseyin, Qumux və Baş Zəyzid kənd  tam orta məktəblərinin komandaları isə həvəsləndirici yerləri qazanıblar.

Yarışın qaliblərinin mayın 4-də mükafatlandırma mərasimi keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva yarışın keçirilməsinin məqsədlərindən danışıb. Bildirib ki, hər birimizin müqəddəs borcudur ki, dövlətimizin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin irsini yaşatsın və gələcək nəsillərə ötürsün: “Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir. 


Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi”.


Sonra qalib və həvəsləndirici yerləri tutan komandalar ATİAHİ Şəki rayon komitəsinin Fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar. Yarışın iştirakçılarından Şəki Dövlət Regional Kollecinin müəllimi Samir Əskərov, şəhər 8 №-li tam orta məktəbin müəllimi Elçin İsmayılov, Qoxmuq kənd tam orta məktəbin müəllimi Əhməd Musayev yarışın təşkilatçılarına təşəkkürlərini bildiriblər.
20220505_172904.jpg 1.55 MB


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo