26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ATİAHİ Şəki rayon komitəsinin birgə birgə təşkilatçılığı ilə Şəki Parkda Şəki, Zaqatala, Qax, Oğuz, Balakən, Qəbələ rayonlarının təhsil müəssisələrində çalışan 45 nəfər Vətən müharibəsi iştirakçısı və 1 nəfər qazis ilə yemək masası arxasında tədbir keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müdir müavini Günay Mahmudova, Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Maliyyə sektorunun müdiri Araz Babayev, ATİAHİ Şəki, Qax, Oğuz, Balakən, Qəbələ rayonlarının komitə sədrləri, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Görüşdə çıxış edən Bəhruz Mehdiyev Vətən oğullarının qəhrəmanlığından, şanlı tarix yazan əsgər və zabitlərimizin misilsiz rəşadətindən danışıb və Prezident-Xalq-Ordu birliyinin sayəsində tarixi Zəfərin əldə olunduğunu vurğulayıb. Şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Vətən müharibəsi iştirakçılarının keçdiyi Zəfər yolunun onlar üçün nümunə olduğunu qeyd edib.
Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçıları keçdikləri şanlı döyüş yolundan ətraflı bəhs ediblər və onlara göstərilən diqqət və qayğıdan daim razı olduqlarını qeyd ediblər.
Tədbirdə ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış eədərək bayram münasibətilə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edib. Sonda Vətən müharibəsi iştirakçılarına bayram münasibətilə xatirə hədiyyəsi təqdim edilib, xatirə şəkli çəkdirilib.