1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ATİAHİ Şəki rayon komitəsi tərəfindən tədbir keçirilib.
Belə ki, Şəki şəhər inteqrasiya təmayüllü internat tipli gimnaziyada və Qarışıq Tipli Uşaq Evində təhsil alan şagirdlərə, həmçinin məcburi köçkün, şəhid və qazilərin övladlarına hədiyyələr paylanılıb. Bundan başqa, onlar üçün Qax Dövlət Kukla Teatrının kollektivi tərəfindən “Tülkünün uçuşu” tamaşası nümayiş etdirilib.