Şəkidə şəhid Elgün Nadirov anılıb
8 Noyabr - Zəfər Günü  münasibəti ilə Şəki Fizika-riyaziyyat təmayüllü liseyin məzunu Vətən müharibəsi şəhidi Elgün Nadirovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil ocağında sərgi açılıb.

Sərgidə şəhidin fotoları, şəxsi əşyaları, hərbi geyimləri yer alıb.

Qeyd edək ki, sərginin təşkilində ATİAHİ Şəki rayon komitəsi yaxından iştirak edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo