Şəkidə şəhid ailələrinə sovqat verilib

    27 sentyabr – Anım Günü ilə əlaqədar ATİAHİ Şəki rayon komitəsinin hazırladığı “Tədbirlər Planı”na uyğun olaraq, rayonun Şəhidlər xiyabanı ittifaq üzvləri ilə birlikdə ziyarət edilib, şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb. Sonra təhsil müəssisələrində çalışan 20 şəhid ailəsi ziyarət olunub. 
Görüş zamanı şəhidlərimizin qəhrəmanlıqlarından, şanlı Zəfərin xalqımızın tarixində yerindən və rolundan danışılıb. Qeyd olunub ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam verdi. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Ziyarət olunan şəhid ailələrinə ərzaq sovqatları verilib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo