Zəfər Günü münasibətilə ATİAHİ Şəki rayon komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birlikdə rayon ərazisində yaşayan 60 şəhid ailəsi ilə süfrə arxasında görüş keçirib. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqələlik sükutla yad edilib.
Görüşdə çıxış edən Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva 44 günlük Vətən müharibəsindən, Azərbaycanın igid zabit və əsgərlərinin şücaətindən, qazanılan qələbənin əzəmətindən, erməni vəhşiliklərindən danışıblar.
Görüşdə iştirak edən “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Şəki Regionu üzrə sədri Gülnarə Mustafayeva, Şəki Dövlət Regional Kollecinin müəllimi Rəmziyyə Nadirova, Kiş kənd 1 №-li tam orta məktəbin müəllimi Dursun Cavadova şəhid ailələrinə göstərilən diqqət və qayğıya, 9 şəhid ailəsindən olan işçini təhsil müəssisəsində işlə təmin olunmasında göstərdiyi dəstəyə görə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlıq ediblər. Görüşdə həmçinin onları maraqlandıran suallar cavablandırılıb, narahat edən məsələlər dinlənilib və aradan qaldırıması haqqında tədbirlər görüləcəyi bildirilib.