ATİAHİ Şəki rayon komitəsinin Təhsil sektoru ilə birlikdə 8 Noyabr - Zəfər Günü münasibətilə VII-XI sinif şagirdləri arasında "Qaytarılan torpaqlar, qayıtmayan ogullar", müəllimlər arasında isə "Zəfər tariximiz” mövzusunda keçirdiyi inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamik Cəbiyev, şəhid anası olan Əməkdar muəllim Dursun Cavadova və İbrahimkənd kənd məktəbinin direktoru qazi Cəlal Bayramov çıxışlar edərək Vətən müharibəsindən, əsgər və zabitlərimizin döyüş yolundan, parlaq Qələbəmizdə danışıb, inşa müsabiqəsinin qaliblərinin ünvanına təbriklər səsləndiriblər.
Sonda müsabiqədə yer tutmuş 10 şagird və 13 müəllim fəxri fərmanla təltif olunub, həmçinin onlara müxtəlif hədiyyələr təqdim olunub.