Şəkidə müəllimlərin istirahətinə diqqət artırılır

Müəllimlərin istirahətlərinin səmərəli və mənalı keçirilməsi, asudə vaxtlarının keyfiyyətli təşkili həmişəki kimi, bu yay mövsümündə də ATİAHİ Şəki rayon komitəsinin diqqət mərkəzində olub. Belə ki, rayon komitəsi iyun-avqust ayları ərzində xidmətində olan 32 təhsil müəssisəsindən 1272 ittifaq üzvünün Qax, Zaqatala, Balakən, Oguz, Qəbələ, İsmayıllı, Göygöl və Lənkəran rayonlarına səfərlərini təşkil edib. Səfər zamanı rayonların ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkilib, mənzərəli yerlər seyr edilib, fotolar çəkdirilib. Həmçinin tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadılıb. Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitindən razı qaldıqlarını ifadə ediblər və təşkilatçılara təşəkkür ediblər.
  

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo