Şəkidə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bilik yarışı təşkil olunub
ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birlikdə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Kim? Nə? Harada?” intellektual yarışı keçirib.
Yarışda 26 komanda mübarizə aparıb. Nəticələrə görə, I yeri şəhər 18 №-li tam orta məktəbin “Çələbixan”, II yeri Şəki Kimya-biologiya təmayüllü liseyin “Kvebek”, III yeri Cəfərabad kənd tam orta məktəbin “Kreativ” komandası qazanıb. Qalib komandalara fəxri fərman və hədiyyələr verilib. Şəhər 11 №-li tam orta məktəbin “Nuxa” komandası isə yarışda fərqləndiyinə görə, qaliblər arasında yer alıb və mükafatlandırılıb.
Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamiq Cəbiyev və münsiflər heyətinin sədri Gülxar Salamova qalibləri təbrik edib və onlara təhsil sahəsində uğurlar arzulayıblar. Şəhər 20 №-li tam orta məktəbin şagirdi, Qarabağ müharibəsi qazisinin qızı Məmmədəliyeva Səmra Asif qızı yaxşı təhsil almaları üçün onlara göstərilən dəstəyi yüksək qiymətləndirib və ümidləri doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını bildirib.