Şəkidə 8 №-li məktəbin həmkarlar ittifaqının hesabatı dinlənilib, seçkilər keçirilib
Yanvarın 15-dən başlayaraq ATİAHİ Şəki rayon komitəsinə aid ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilir.
Növbəti yığıncaq Şəki şəhər 8 №-li Beynəlmiləl tam orta məktəbində baş tutub. Öncə məktəbin həmkarlar ittifaqının sədri Kəmalə Abduyevanın və Təftiş komissiyasının sədri Yeganə İsmayılovanın hesabatları dinlənilib. Hesabat dövründə görülmüş işlər - işçilərin əmək və sosial hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, əlil təhsil işçilərinin sosial vəziyyəti və az təminatlı işçilərə verilən birdəfəlik maddi yardım, təhsil sahəsində çalışan şəhid və qazi ailələrinə göstərilən maddi və mənəvi köməklik barədə məlumat verilib və məktəbin kollektivi tərəfindən görülən işlər kafi qiymətləndirilib.
Sonra açıq səsvermə yolu ilə məktəbin həmkarlar ittifaqının yeni tərkibi seçilib. Səs çoxluğu ilə Kəmalə Abduyeva yenidən sədr vəzifəsinə təsdiqlənib.
Yığıncaqda iştirak edən Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva ittifaq üzvlərinin suallarını cavablandırıb, rəy və təkliflərini dinləyib.