Şəki rayonunun Qarışıq Tipli Uşaq Evinin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən müsabiqənin respublika turunun qalibi olması münasibətilə mayın 11-də tədbir keçirilib.
Tədbirdə ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək bildirib ki, 2017-ci ildə Şəki şəhər Qarışıq Tipli Uşaq Evi üçün Heydər Əliyev Fondu tərəfindən yeni binanın tikitisinə başlanılmış və 2018-ci ildə bina istifadəyə verilib: “Qarışıq Tipli Uşaq Evində kollektiv və burada təlim və tərbiyə alan uşaqlar üçün sağlam və təhlükəsiz mühit mövcuddur. Həmçinin Uşaq Evinin həmkarlar təşkilatının normal fəaliyyəti üçün hər cür şərait yaradılıb”.
Şəki Rayon İcra Hakimiyyətinin nümayəndəsi Günəş Əzimova çıxış edərək valideyn himayəsindən məhrum olan uşaqlara dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından, eləcə də Uşaq Evində yaradılan şəraitdən danışıb, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Şəki Rayon Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev uşaqlara müəssisədə göstərilən doğma münasibətdən və qayğıdan bəhs edib.