Şəki Dövlət Regional Kollecində anım tədbiri keçirilib


ATİAHİ Şəki rayon komitəsinin xidmətində olan təhsil müəssisələrində 92 nəfər  Qarabağ müharibəsi qazisi və şəhid ailəsinin üzvü olan təhsil işçisi çalışır. Rayon komitəsi daim onların qayğısına qalır və lazımi köməkliyi göstərir.

Dekabrın 6-da Şəki Dövlət Regional Kollecində Vətən müharibəsi şəhidi Məmmədiyə Cabbarzadənin anım günü tədbiri keçirilib. Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev başda olmaqla şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Şəki Dövlət Regional Kollecin direktoru Sərdar Şərifov, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Kollecin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədr müavini Ziya Vəliyev və Milli Məclisin deputatı Vüqar İsgəndərovun köməkçisi Anar Nağıyev Qarabağ müharibəsində torpaqlarımızın düşməndən azad olunmasında şəhid olmuş Vətən oğullarının qəhrəmanlığından, əsgər və zabitlərimizin şanlı döyüş yolundan və Qələbəmizin əzəmətindən danışıblar.

Sonra Məmmədiyə Cabbarzadəyə həsr olunmuş “Ölümsüzlər” adlı videoçarx nümayiş etdirilib.

Şəhidin anası Şəki Dövlət Regional Kollecin texniki işçisi Zöhrə Cabbarzadə və atası Şəki şəhər 27 №-li uşaq bağçasının texniki işçisi Məhəmməd Cabbarzadə tədbirin təşkilatçılarına minnətdarlıq edib və onlara göstərilən qayğıdan razılıqlarını bildiriblər.

Tədbir kollecin tələbələrinin hazırladıqları bədii kompozisiya ilə davam edib.
WhatsApp Image 2023-12-08 at 16.20.20.jpeg 105.17 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo