İttifaq üzvlərinin yay istirahəti mənalı keçirilir


ATİAHİ Şəki rayon komitəsi bu ilin yay mövsümündə də ittifaq üzvlərinin istirahətini diqqətdə saxlayıb. Belə ki, komitə müxtəlif vaxtlarda 51 təhsil müəssisəsində çalışan ümumilikdə 1945 ittifaq üzvünün Qax, Zaqatala, Balakən, Oguz, Qəbələ, İsmayıllı, Göygöl, Gəncə və Gədəbəydə bir günlük istirahətini təşkil edib. Səfərlər zamanı ittifaq üzvləri rahat və sərbəst şəkildə dincəlib, gözəl və könül oxşayan təbiət mənzərələrini seyr edib fotolor çəkdiriblər.

Həmçinin təhsil işçiləri üçün süfrələr açılıb, yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər.

Bütün səfər iştirakçıları onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo