Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.Ulu öndərimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə hər il 2 Fevral - Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğı, onların potensialın inkişaf etdirilməsi və irəli çəkilməsi istiqamətindəki siyasi kurs bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan gənclərinin səsi beynəlxalq arenadan gəlməklə bərabər, vətənpərvər gənclərimiz tarix yazaraq rəşadətləri sayəsində torpaqlarımız 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə geri alındı.
ATİAHİ Şəki rayon komitəsi də xidmətindəki təhsil müəssisələrində çalışan və təhsil alan gənclərdən daima qayğı və diqqətini əsirgəmir.Belə ki, belə tədbirlərin davamı olaraq 1 fevral 2022-ci il tarixində ATİAHİ Şəki rayon komitəsi Şəki şəhər Təhsil Şöbəsi ilə birgə pandemiyanın tələblərinə uyğun olaraq 2 Fevral Gənclər Gününə həsr olunmuş rayonun təhsil müəssisələrində çalışan fəal gənc müəllim və tələbələrlə görüş keçirilmişdir. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılmış və Vətən müharibəsində qəhrəmanlıq göstərilmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək müasir Azərbaycan gəncliyinin milli mənəvi dəyərlərimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi yaşatmağı tövsiyə etmiş, o cümlədən ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyub yaşatmasından danışmış və gələcəyimiz olan gəncləri bu gün münasibəti ilə təbrik etmiş və II Qarabağ döyüşlərində iştirak etmiş, 17 nəfər təhsil işçisidən 6 -nın gənc olduğunu qeyd etmişdir. Həmçinin komitənin xidmətində olan təhsil müəssisələrində çalışan 200 nəfər gənc fəal ittifaq üzvünün də ilk təşkilatlarda hədiyyə ilə mükafatlandırıldığını bildirmişdir.
Sonra Təhsil Şöbəsinin müdir əvəzi Elxan Abdullayev çıxışında gəncləri təbrik etmiş və öz tövsiyələrini vermişdir.
Tədbirdə Şəki şəhər Təhsil Şöbəsinin məsləhətçisi Pərviz Rəcəbov, Şəki Dövlət Regional Kollecin müəllimi Aysel Camalova və tələbəsi Yəhya Süleymanov , Kimya -biologiya təmayüllü liseyin coğrafiya müəllimi Yusif Yusifli, şəhər 11 №-li tam orta məktəbin müəllimi Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Əliheydərova,Şəki Fizika-riyaziyyat təmayüllü liseyin tarix müəllimi, 2 Aprel və II Qarabağ döyüşlərinin iştirakçısı Ülvi Məmmədov və Aydınbulaq kənd tam orta məktəbin Vətən müharibəsi iştirakçısı Cəlal Bayramov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə müzəffər ordunun Ali Baş Komandanı cənab İlham Əliyevə və görüşü təşkil edən komitənin sədri Ziyafət Xasiyevaya və Təhsil Şöbəsinin müdir əvəzi Elxan Abdullayevə öz təşəkkürlərini bildirmişdirlər.
Tədbirin sonunda ATİAHİ Şəki rayon komitəsi 41 nəfər gənc, fəal, müxtəlif nominasiyalar üzrə müsabiqələrdə, yarışlarda yer tutmuş, II Qarabağ müharibəsində iştirak etmiş ittifaq üzvlərini hədiyyə ilə mükafatlandırmiış və Fəxri Fərmanla mükafatlandırmış və xatirə şəkli çəkilmişdir. Sonda görüş iştirakçıları ilə birgə xatirə şəkli çəkilmişdir.