ATİAHİ Şəki rayon komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə zona üzrə bayram tədbiri təşkil edib

ATİAHİ Şəki rayon komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə zona üzrə bayram tədbiri təşkil edib. Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirə  6 rayonun təhsil sektorlarının müdirləri, rayon komitələrinin sədrləri,  o cümlədən təhsil sahəsində çalışan şəhid  anaları və təqaüddə olan təhsil işçiləri dəvət edilib. Şəki-Zaqatala Regional Təhsil  İdarəsinin müdir müavini Günay Mahmudova, sektor müdiri Araz Babayev, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov çıxışlar edərək bildiriblər ki, Azərbaycan qadını ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışır və dəyərli töhfələr verir. Bunun ən bariz nümunəsi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Azərbaycanın davamlı inkişafı, dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlər göstərən, xalqımızın xoşbəxt və firavan yaşamasını həyat kredosuna çevirən Birinci vitse-prezident həm də beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.
Vurğulanıb ki, Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin yaranmasında və inkişafında müstəsna rol oynayıb. Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm də görkəmli diplomat, hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi tarixdə dərin iz buraxıb. Şəhid anaları adından Şəki rayon Kiş kənd 1 №-li tam orta məktəbin müəllimi Dursun Cavadova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə, təşəkkürünü bildirib və qadınları bayram münasibəti ilə təbrik edib.
Bayram süfrəsi arxasında keçirilən tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin və Şəki şəhər 4 №-li uşaq musiqi məktəbinin gənc ifaçıları bayram nəğmələri ilə qadınlara təbriklərini çatdırıblar. Sonda qadın iştirakçılara gül dəstələri və hədiyyələr təqdim olunub.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo