20 Yanvar hadisələri hər birimizin yaddaşında xalqımızı müstəqilliyə aparan mübarizlik yolu olaraq qaldı.Həmin mübarizədə igid oğullarımız və qızlarımız şəhidlik zirvəsinə ucaldılar.Bu hadisələri yaşayaraq vətənpərvərlik ruhunda tərbiyə olunun gənc nəsil ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi sayəsində 44 günlük müharibənin nəticəsi olaraq 30 illik həsrətə son qoyuldu və işğal olunmuş torpaqlarımız geri qaytarıldı.
ATİAHİ Şəki rayon komitəsi torpaqlarımızın azadlığı uğrunda qurban getmiş şəhidlərimizin ailələrini həmişə diqqət mərkəzində saxlayır, onlara daim maddi və mənəvi dəstək olur. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar komitənin hazırladığı « Tədbirlər Planı»na uyğun olaraq şəhər təhsil şöbəsi və Gənclər idman idarəsi ilə birlikdə rayonun ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında «20 Yanvar Müstəqilliyə aparan yol » mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir. 20 Yanvar günü ictimaiyyətlə birlikdə şəhidlərin qəbirləri ziyarət edilmişdir. Həmçinin təhsil müəssisəsində çalışan şəhid ailələrinə maddi və mənəvi dəstək göstərilmişdir.