Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi munasibətilə ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birlikdə tədbir keçirib.
Əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub.
Sonra tədbir şəhərin Heydər Əliyev Mərkəzində davam edib, Dövlət Himni səslənib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Təhsil sektorunun müdiri Zamiq Çəbiyev, Şəki Dövlət Regional Kollecinin müəllimi, şəhid anası Rəmziyyə Nadirova və Şəki rayon Yeni Azərbaycan Partiyasının sədri Daşqın Mikayılov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, dövlət quruculuğu siyasətindən, müasir Azərbaycanın qazandığı nailiyyətlərdə dahi şəxsiyyətin siyasi kursunun rolundan danışıblar.
Tədbirdə həmçinin rayon müəllimləri arasında keçirilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə "Urəklərdə yaşayan lider” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqədə I yeri 18 nömrəli məktəbin müəllimi Yeganə Muxtarova, II yeri Baş Şabalıd kənd tam orta məktəbin müəllimi Vüsalə Hacıyeva və 18 nömrəli məktəbin müəllimi Elşad Əliəkbərov, III yeri Aşğı Göynük kənd tam orta məktəbin müəllimi Səadət Əliyeva, Öryət kənd ümumi orta məktəbin müəllimi Xəyalə Saadova və şəhər 3 №-li tam orta məktəbin müəllimi Zaur Cəfərov, IV yeri isə Təpəcənnət kənd ümumi orta məktəbin müəllimi Nübar Əhmədzadə, şəhər 18 №-li tam orta məktəbin müəllimi Qönçə Heydərova və 10 №-li tam orta məktəbin müəllimi Xəyalı Atayeva qazanıblar.
Qaliblər ATİAHİ Şəki rayon komitəsinin fəxri fərmanı ilə təltif olunub. Həmçinin onlara qiymətli hədiyyələr verilib.
Sonra tədbir bədii hissə ilə davam edib.